BAKI, 7 iyun — Sputnik. İyunun 6-da saat 1 radələrində Zabrat qəsəbəsində yaşayan Rəşid Qasımovun evinə gəlmiş şəxs ona bıçaqla çoxsaylı xəsarətlər yetirib və hadisə yerini tərk edib.
Sputnik Azərbaycan Daxili İşlər Nazirliyinin məlumatına istinadla xəbər verir ki, ev sahibi hadisə yerində ölüb.
Sabunçu rayonunun polis və prokurorluq orqanlarının əməkdaşları dərhal hadisə yerinə gəliblər. Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində münaqişə zəminində cinayət əməlini törətməkdə şübhəli bilinən Bərdə rayon sakini C.Babaşov müəyyən edilib.
C.Babaşov polis əməkdaşları tərəfindən Bərdə rayonu ərazisində saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı cinayət işi başlanıb.