İstefaya gedən nazir: "Çox yaxşı olacaq"

© Sputnik / Asatur YesayantsМинистр юстиции Армении Артак Зейналян
Министр юстиции Армении Артак Зейналян - Sputnik Azərbaycan
Abunə olmaq
İstefa verdiyini bildirən sabiq nazir həmkarlarına təşəkkür edib

BAKI, 7 iyun — Sputnik. Ermənistanın Ədliyyə naziri Artak Zeynalyan bu gün istefaya gedib. Bu barədə Sputnik Azərbaycan "Novosti Armeniya"ya istinadən xəbər verir.

Məlumata əsasən, istefa verdiyini bildirən sabiq nazir həmkarlarına da təşəkkür edib.

"Mən bu addımımdan məmnunam, mənim namizədliyimi Ədliyyə naziri postuna irəli sürdüyünə görə Ermənistan Baş Naziri Nikol Paşinyana, birgə maraqlı, səmərəli və məsuliyyətli işə görə nazirlik əməkdaşlarına minnətdaram. Həmçinin xarici tərəfdaşlara, vətəndaş cəmiyyətinin nümayəndələrinə birgə fəaliyyətə görə minnətdarlığımı bildirirəm. Əminəm – yaxşı olacaq! Əgər yaxşı olmasa, onda çox yaxşı olacaq!" - deyə sabiq nazir bildirib.

Xəbər lenti
0