CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Altı il əvvəl törədilmiş cinayətin üstü açılıb

© Sputnik / Murad OrujovАвтомобиль патрульно-постовой службы в Баку
Автомобиль патрульно-постовой службы в Баку - Sputnik Azərbaycan
Abunə olmaq
Kəlbəcər rayon sakini, əvvəllər məhkum olunmuş E.Çərkəzov saxlanılıb

BAKI, 7 iyun — Sputnik. Polis əməkdaşları tərəfindən Abşeron rayonu ərazisində 6 il əvvəl törədilmiş cinayətin üstü açılıb. Bu barədə Sputnik Azərbaycan-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Məlumata görə, 2013-cü ilin dekabr ayında Y.Əliyevin idarə etdiyi "Mercedes" markalı avtomobilə sərnişin qismində əyləşən şəxs avtomobilin təhlükəsizlik kəmərini onun boğazına keçirib boğacağı ilə hədələyərək 100 manat pulunu, 2 ədəd mobil telefonunu və avtomobilin açarını alıb.

DİN Mətbuat Xidmətindən verilən məlumata görə, Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Kəlbəcər rayon sakini, əvvəllər məhkum olunmuş E.Çərkəzov müəyyən edilərək saxlanılıb.

Araşdırma aparılır.

Xəbər lenti
0