BAKI, 7 iyun - Sputnik. Rusiya və ABŞ prezidentləri “Böyük İyirmilər”in 28-29 iyunda Osakada keçiriləcək sammitində rastlaşacaqlar, lakin şəxsi görüşün olub-olmayacağı hələ ki, məlum deyil.
Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, bunu Rusiya liderinin sözçüsü Dmitri Peskov deyib.
Slovakiyanın görüşü Alman işğalından qurtuluşun 75-ci ildönümünə həsr olunmuş bayram tədbirləri zamanı keçirilməsi təklifini xatırladan jurnalistlər, Peskovdan Kremlin buna necə yanaşdığını soruşublar.
Peskov cavab olaraq Vaşinqtonun reaksiyasını gözləməyi təklif edib.
Putinin sözçüsü onu da bildirib ki, Rusiya Prezidenti hələ ki, Ukraynanın yeni seçilmiş Prezidenti Vladimir Zelenski ilə əlaqə saxlamağı planlaşdırmır.
O, həmçinin Putinin Səudiyyə Ərəbistanına səfərinin hazırlandığı barədə məlumat verib, lakin səfərin dəqiq tarixinin olmadığını deyib.