BAKI, 7 iyun — Sputnik. Bakının Nəsimi rayonunda su iki gün ərzidə fasilələrlə veriləcək.
Bu barədə Sputnik Azərbaycan-a "Azərsu" ASC-dən məlumat verilib.
Qeyd edilib ki, Bakı şəhəri Nəsimi rayonunun Mirəli Qaşqay küçəsində yeni çəkilmiş magistral su kəmərinin şəbəkəyə qoşulması ilə əlaqədar 7 və 8 iyun 2019-cu il tarixlərində Nəsimi rayonunun bir hissəsinə içməli su müəyyən fasilələrlə veriləcək.