BAKI, 7 iyun — Sputnik. Ermənistan Polis Qoşunlarının sabiq komandanının müavini Qeqam Petrosyanın həbsi ilə bağlı təfərrüatları üzə çıxıb. Sputnik Ermənistan xəbər verir ki, Petrosyanın həbs olunmasına səbəb daxili qoşunlarda xidmət edən sabiq əməkdaşlardan birinin 1 mart hadisələri ilə bağlı onun əleyhinə ifadə verməsidir.
Nəşr yazır ki, daxili qoşunlardan xidmət edən sabiq əməkdaşlardan biri ifadəsində qeyd edib ki, məhz Petrosyan Ovannisyana atəş açıb ki, nəticədə sonuncu həlak olub.
Qeyd edək ki, Petrosyan iyunun 4-ü Yerevanda Ovannisyanın qətlində şübhəli bilinərək həbs olunub. 31 yaşlı Ovannisyan 2008-ci ilin martında Maştots prospektində qarşıdurma zamanı güllələnib. O, xəstəxanaya çatdırılsa da özünə gəlmədən həlak olub.