CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bayram günlərində daşınan sərnişinlərin sayı açıqlandı

© Sputnik / Irade JELILYaranmış vəziyyətdən ən çox sürücülər narazıdır
Yaranmış vəziyyətdən ən çox sürücülər narazıdır - Sputnik Azərbaycan
Abunə olmaq
DANX bayramla əlaqədar gücləndirilmiş iş rejimini iyunun 10-dək davam etdirəcək

BAKI, 7 iyun — Sputnik. Ramazan bayramı ilə əlaqədar iyunun 5-i və 6-da Bakı Beynəlxalq Avtovağzal Kompleksi də daxil olmaqla ölkənin 56 avtovağzal və avtostansiyalarından 28 min 400 sərnişin daşınıb. Bu barədə Sputnik Azərbaycan-a Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova məlumat verib:

"Həm paytaxtdan bölgələrə, həmçinin də əks istiqamətə daşınan sərnişinlərin sayı 28 mini keçib. İyunun 7-də isə 15 min 620 sərnişin daşınıb ki, onlardan 11 min 920 nəfər bölgələrdən Bakıya, 3 min 700 nəfər isə paytaxtdan bölgələrə daşınıb. Gün ərzində 718 nəfər beynəlxalq marşrutlarla daşınıb. DANX bayramla əlaqədar gücləndirilmiş iş rejimini iyunun 10-dək davam etdirəcək".

Xəbər lenti
0