Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

LUKOIL prezidenti: “Azərbaycana nəhəng investisiya qoymaqda maraqlıyıq”

© Sputnik / Aleksey Druzhinin / Mediabanka keçid"Lukoil" PSC-nin prezidenti Vahid Ələkbərov
Lukoil PSC-nin prezidenti Vahid Ələkbərov - Sputnik Azərbaycan
Abunə olmaq
V. Ələkbərov LUKOIL və SOCAR arasında birgə layihələrdən başqa da əməkdaşlığın mövcud olduğunu söyləyib

BAKI, 7 iyun — Sputnik. "LUKOIL Azərbaycana böyük investisiya yatırmaqda maraqlıdır".

Neft emalı zavodu - Sputnik Azərbaycan
SOCAR-ın Rusiya ilə bağlı böyük planı üzə çıxdı - Şirkət isə susur

Sputnik Azərbaycan APA-ya istinadla xəbər verir ki, bunu LUKOIL şirkətinin prezidenti, Azərbaycan əsilli rusiyalı milyarder Vahid Ələkbərov deyib.

O, Azərbaycanın siyasi cəhətdən sabit ölkə olduğunu bildirib: “Azərbaycanın sabit qanunvericiliyi var. Ölkədə möhtəşəm investisiya mühiti yaradılıb. Ona görə də Azərbaycandakı mövcudluğumuzu daha da artırmaqda maraqlıyıq”.

LUKOIL prezidenti rəhbəri olduğu şirkətin Azərbaycandakı layihələrindən və Azərbaycan Dövlət Neft Şirkəti - SOCAR-la əməkdaşlığından da danışıb: “Biz hazırda SOCAR-la “Ümid və “Babək” yataqları layihəsi üzərində işləyirik. Bu layihəyə daxil olmaqda maraqlıyıq. Hazırda texniki və iqtisadi məsələlər müzakirə olunur. Əgər hər iki tərəf iqtisadi sahədə anlaşsa, o zaman biz Azərbaycana nəhəng investisiya qoymaqda maraqlıyıq”.

V. Ələkbərov LUKOIL və SOCAR arasında birgə layihələrdən başqa da əməkdaşlığın mövcud olduğunu söyləyib: “Biz SOCAR-la öz fəaliyyətimizi dünya bazarında koordinasiya edirik. Bundan əlavə, LUKOIL “SOCAR Türkiyə”nin neft məhsulları emal edən zavodunun nəhəng təchizatçısıdır”.

Xəbər lenti
0