CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Gözəllik müsabiqəsinin qalibi: "Miss Azərbaycan" tacının mənim olacağını deyirdim”

© Instagram / missazerbaycan.az"Мисс Азербайджан-2017" Семра Гусейнова
Мисс Азербайджан-2017 Семра Гусейнова - Sputnik Azərbaycan
Abunə olmaq
Model Səmra Hüseynova uzun illər sonra "Miss Azərbaycan" olmaq arzusu yerinə yetdiyi üçün xoşbəxtdir.

Kəmalə Əliyeva, Sputnik Azərbaycan

BAKI, 6 iyun — Sputnik. Bir neçə gün əvvəl ən çox gözlənən və çoxlu gənc modellərə qapı açan "Miss və Mister Azərbaycan" milli gözəllik müsabiqəsinin finalı keçirilib. Bu layihə eyni zamanda gənclərə nəinki yerli, eləcə də xarici model biznesində yer tutmağa yardım göstərməyə xidmət edir.

Səsvermənin nəticələrinə görə, müsabiqənin builki qalibləri Səmra Hüseynova və Nicat Ələkbərli olub. "Miss Azərbaycan-2019"un qalibi Səmra Hüseynova Sputnik Azərbaycan-a müsahibəsində öz qələbəsi barədə ətraflı danışıb.

- Azərbaycanın ən gözəl qızı - siz kimsiz?

- Mən artıq uzun illərdir moda sahəsində işləyirəm. Hər şey on il əvvəl, mən Bakı Rəssamlıq Akademiyasında işləyəndə başlayıb. Məhz onda ilk dəfə mənə özümü model kimi sınamaq təklif edilib. Mənim həmişə bu sahəyə marağım olub. 2012-ci ildə ilk dəfə "Miss Azərbaycan" milli gözəllik müsabiqəsində iştirak etdim. Lakin heç bir nominasiyanın qalibi olmadım. Bu, mənə çox pis təsir elədi, böyük stress keçirdim. Daim ağlayırdım. Onda qarşıma məqsəd qoydum ki, elə vaxt gələcək, "Miss Azərbaycan" tacı mənim olacaq. Həmin vaxtdan xeyli illər keçib, amma o "yaram" hələ də açıq qalmışdı. Ona görə də mən bu layihədə yenidən özümü sınamaq qərarına gəldim.

Посмотреть эту публикацию в Instagram

Публикация от Miss Azerbaijan 2019 👑🇦🇿 (@semrahuseinova)

- Bəs siz niyə uzun illər gözlədiz?

- Onda məndə böyük inciklik yaranmışdı. İndi həmin balaca qız deyiləm. Başa düşdüm ki, mənim o müsabiqədə qalib gəlmək şansım var. Həmişə adam özünə ikinci şansı verməlidir. Çoxları dedi ki, "səndə yenidən alınmayacaq", amma mən heç kimə qulaq asmadım. Qarşıma məqsəd qoydum - qalib gəlmək və sonadək getmək. Çoxları mənə kömək söz vermişdi, amma başa düşdüm ki, bütün bunlar boş söhbətlərdir. İnsan yalnız özünə və öz gücünə arxalanmalıdır.

- Deməli, siz lap əvvəldən qələbə qazanacağınıza inanmısız?

- Bəli. Düşünürəm ki, nəinki mən, digər iştirakçılar da bu qələbəyə inanırlar. Adım çəkiləndə hamı sevindi və məni təbrik etməyə başladı. Qalibin adını ən sonda çəkdilər. Hər dəfə digər nominasiyalarda qaliblərin adları çəkiləndə, mənə elə gəlirdi ki, yenə də qalib gələ bilməyəcəyəm. Ona görə də göz yaşlarımı saxlaya bilmirdim. Müsabiqədə çoxlu gözəl qızlar iştirak edirdi və onların da şansı vardı. Mən iştirakçılardan heç birini özümə rəqib hesab etmirdim.

Посмотреть эту публикацию в Instagram

Публикация от Miss Azerbaijan 2019 👑🇦🇿 (@semrahuseinova)

- Necə düşünürsüz, niyə məhz sizi seçiblər? Siz başqalarından nə ilə fərqlənirsiz?

- Düşünürəm ki, öz təcrübəmlə. Çünki mən bir sıra dünya brendləri ilə əməkdaşlıq etmişəm və çoxlu moda nümayişlərinə qatılmışam. Mən bu layihədə qalib gəlmək üçün çox şey etmişəm. Çox arıqlamışam, qaşlarımdakı mikroblendinqi, dodaqlarımdakı geli təmizlətmişəm, bir sözlə, mümkün olan hər şeyi elədim ki, təbii görünüm. Bütün bunlardan sonra mən bu qələbəyə layiq olduğumu düşünürəm.

- Məqsədinizə çatmısız. İndi o qədər şeyi bu müsabiqəyə qurban verdiyinizə görə təəssüflənirsiz?

- Yox. Mən bu yarışa tac xatirinə qatılmamışdım. Məqsədim bundan sonra "Miss World" beynəlxalq gözəllik müsabiqəsinə qatılmaq idi. Mən bütün dünyaya göstərmək istəyirəm ki, Azərbaycan qızları dünyanın ən gözəl, ağıllı və ləyaqətli qızlarıdır. Təəssüf ki, Azərbaycanın və bir çox digər ölkələrin bu müsabiqədə iştirak etmək imkanı yoxdur, çünki o, ABŞ-da keçirilir. "Miss World" beynəlxalq gözəllik müsabiqəsində iştirak etmək mənim uşaqlıq arzumdur.

Посмотреть эту публикацию в Instagram

Публикация от Miss Azerbaijan 2019 👑🇦🇿 (@semrahuseinova)

- Qələbədən sonra həmkarlarınızın sizə münasibəti dəyişdi?

- Dost hesab etdiyim insanlar həmişə yanımdadırlar. Xətrimə dəydi ki, tanışlarımdan bəziləri məni dəstəkləməyə gəlmədilər, yalnız təbrik məktubu göndərməklə kifayətləndilər. Onlar düşünürdülər ki, mən qalib gələ bilməyəcəm. Bu müsabiqə bir daha göstərdi ki, kim mənim dostumdur, kim yox.

- Son zamanlar model qızların sayı artıb. Model olmaq nə dərəcədə asandır?

- Azərbaycanda model olmaq çox asandır. Model biznesində işləyən qızlar özlərini deyil, bu və ya digər brendlərin geyimlərini reklam etməlidirlər. Bizdə isə əksinədir. Mən öz işimi, podiuma çıxmağı sevirəm. Öz işimə görə qonorar alıram. Bəzən çox təəssüflənirəm ki, jurnalistlər model olmayan qızları reklam edirlər. Amma onların heç biri mənim qələbəm barədə yazmırlar.

Посмотреть эту публикацию в Instagram

Публикация от Miss Azerbaijan 2019 👑🇦🇿 (@semrahuseinova)

- Niyə nəşrlərin böyük əksəriyyəti sizin qələbənizdən yazmadı?

- Düzünü desəm, bilmirəm. Bir neçə ay əvvəl mən təyyarədə azca şərab içmişdim və bunu videoya çəkmişdim. Bütün saytlar bu barədə yazmışdı. Amma mən "Miss Azərbaycan" yarışının qalibi oldum, heç kəs bunu yazmaqda maraqlı olmadı. Düzü, heç buna ehtiyac da duymuram, amma çox inciyirəm.

- Səmra, siz bir çox həmkarlarınızdan fərqli olaraq, tez-tez açıq-saçıq halda çəkilirsiz və ona görə də sizi tənqid edirlər.

- Bəli, haqlısız. Təəssüf ki, adamların çoxu mənim öz bədənimin hissələrini deyil, geyimləri reklam etdiyimi başa düşmürlər. Səhifəmdə əsasən fotosessiya zamanı çəkilmiş şəkilləri paylaşıram, şəxsi şəkilləri deyil. Mənim şəkillərim bayağı deyil, gözəldir. Hətta mən "Miss Azərbaycan"a iştirak üçün ərizə verəndə, çoxları deyirdilər ki, açıq-saçıq obrazıma və haqqımda çoxlu şayiələrin gəzdiyinə görə qalib gələ bilməyəcəyəm. İnsanlar başa düşməlidirlər ki, mən modeləm və bu, mənim işimdir.

Посмотреть эту публикацию в Instagram

Публикация от Miss Azerbaijan 2019 👑🇦🇿 (@semrahuseinova)

- Bir çox modellər tənqidə davam gətirməyərək Azərbaycandan gedir. Bəs siz digər ölkələrə getmək barədə düşünmüsüz?

- Bəli, getmək istəmişəm, amma nəsə məni yenidən geri çəkib. Uzun müddət Moskvada, Türkiyədə çalışmışam, amma yenidən geri qayıtmışam. Azərbaycan vətənimdir və ondan uzaqda yaşamaq istəmirəm. Özüm əslən qarabağlıyam. Mənə dəfələrlə Amerikada, Fransada və digər ölkələrdə iş təklif olunub. Amma hara gedirəmsə, cəmi bir neçə günlüyə gedirəm, bir neçə gün işləyib yenidən Bakıya geri qayıdıram.

- Səmra, ölkənin ən gözəl qızı olmaq necə bir hissdir?

- Hisslərimi ifadə edəcək söz tapa bilmirəm. Əgər əvvəllər yalnız ətrafım məni gözəl hesab edirdisə, hazırda bütün ölkə elə hesab edir. Mən qürur hissi keçirirəm.

- Bu tituldan sonra yəqin ki, pərəstişkarlarınızın sayı artıb?

- Pərəstişkarlarım həmişə var, çünki uzun müddətdir model biznesindəyəm. Şəhərdə gəzərkən adamların məni göstərib "bu "Miss Azərbaycandır" deməsi xoşuma gəlir.

Посмотреть эту публикацию в Instagram

Публикация от Miss Azerbaijan 2019 👑🇦🇿 (@semrahuseinova)

- "Miss Azərbaycan"ın xoşuna hansı kişilər gəlir?

- Güclü xarakteri olan uğurlu kişilər xoşuma gəlir. Elə kişilər ki, onları daha əvvəl həyatımda kimin olduğu maraqlandırmır. Kimsə mənə göstəriş verməyə başlayanda, dərhal onunla vidalaşıram və münasibətləri başa çatdırıram. Kişi qadının dayağı olmalıdır, onu mühafizə etməli və hər şeydən qorumalıdır. Xaraktercə çox güclü qadınam, ona görə də əks cinsin hər bir nümayəndəsi ürəyimə yol tapa bilməz. Hal-hazırda həyatımda heç kəs yoxdur.

- Hazırda hansı planlarınız var?

- Cəmi bir neçə gündür müsabiqə başa çatıb, ona görə də mənim təkliflərə cavab vermək imkanım olmayıb. Hamı təbrik edir, qələbəni qeyd etmək üçün görüşmək istəyir. Yəqin ki, bir həftə sonra artıq işə başlayacağam və təklifləri dəyərləndirəcəyəm.

Xəbər lenti
0