CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Axın davam edir: DANX gücləndirilmiş iş rejiminin vaxtını uzatdı

© Sputnik / Murad OrujovBakıda nəqliyyatın hərəkəti
Bakıda nəqliyyatın hərəkəti - Sputnik Azərbaycan
Abunə olmaq
Bayram günlərində ən çox sərnişin Bakı-Quba, Bakı-Mingəçevir, Bakı-Şəki, Bakı-Qax, Bakı-Lənkəran, Bakı-Zaqatala istiqamətində daşınıb

BAKI, 6 iyun — Sputnik. “İki gün ərzində ümumilikdə 56 avtovağzal və avtostansiyadan 29 323 nəfər sərnişin daşınıb”. Bu sözləri Sputnik Azərbaycan-a açıqlamasında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) mətbuat katibi Nuridə Allahyarova söyləyib.

Bakı Nəqliyyat Agentliyi - Sputnik Azərbaycan
CƏMİYYƏT
Bakı Nəqliyyat Agentliyinin səlahiyyəti başqa bir quruma verildi

Qurumun sözçüsü bildirib ki, bu saata qədər DANX-ın sərnişinlərinin sayı 11790 olub. N. Allahyarova günün sonunda bu rəqəmin 19 minə çatacağını söyləyib. O, Ramazan bayramı ilə əlaqədar sərnişin axınının nəzərə alınaraq əlavə reyslər açıldığını da söyləyib.

DANX -nın səlahiyyətlisi onu da bildirib ki, bayram günlərində ən çox sərnişin Bakı-Quba, Bakı-Mingəçevir, Bakı-Şəki, Bakı-Qax, Bakı-Lənkəran, Bakı-Zaqatala istiqamətində daşınıb. N.Allahyarova bu gün də əks istiqamətə həmin rayonlardan sərnişin axını müşahidə olunduğunu söyləyib. O, regionlardan həftəsonuna bilet alan sərnişinlərin olduğunu nəzərə alaraq gücləndirilmiş iş rejiminin iyunun 10-a qədər davam etdirilməsi barədə DANX tərəfindən qərar qəbul edildiyini söyləyib.

Xəbər lenti
0