İstirahətdə olan cütlük müəmmalı xəstəlikdən öldü

Abunə olmaq
Onların xüsusilə təhlükəli virusun qurbanı olduğu istisna edilmir

BAKI, 6 iyun — Sputnik. Gənc amerikalı cütlük Fici adasında məzuniyyətdə olarkən müəmmalı xəstəlikdən ölüb.

© dailymail / Family HandoutDevid və Mişel dincəldikləri Fici adasında
İstirahətdə olan cütlük müəmmalı xəstəlikdən öldü - Sputnik Azərbaycan
Devid və Mişel dincəldikləri Fici adasında

Sputnik AzərbaycanDaily Mail”ə istinadən xəbər verir ki, ABŞ-ın Fort Uert şəhərindən olan Devid və Mişel Pol adaya 22-25 may tarixləri arasında gəliblərmiş. Onların qohum və dostlarının sözlərinə görə, hər ikisi tamamilə sağlam idi və özlərini çox yaxşı hiss edirdilər.

© dailymail / Family HandoutDevid və Mişelin ölümü hamını sarsıdıb
İstirahətdə olan cütlük müəmmalı xəstəlikdən öldü - Sputnik Azərbaycan
Devid və Mişelin ölümü hamını sarsıdıb

Lakin Ficini tərk etməmişdən bir gün əvvəl Devid və Mişel səhhətlərinin pisləşməsindən şikayətləniblər. Bundan az müddət sonra Mişel vəfat edib. Onun həyat yoldaşı Devid isə Avstraliyada müalicə üçün xəstəxanaya yerləşdirilməli imiş, lakin o da keçinib. 

Onların ölüm səbəbi hələ də bilinmir. Ficinin hüquq mühafizə orqanları hadisəni araşdırırlar.

© dailymail / Family HandoutDevid və Mişelin ikiyaşlı oğlu var imiş, 8 yaşlı qız isə Devidin əvvəlki nikahındandır
İstirahətdə olan cütlük müəmmalı xəstəlikdən öldü - Sputnik Azərbaycan
Devid və Mişelin ikiyaşlı oğlu var imiş, 8 yaşlı qız isə Devidin əvvəlki nikahındandır

Cütlüyün xüsusilə təhlükəli virusdan ölməsi istisna edilmir. Onların cəsədlərinin bütün zəruri yoxlamalardan sonra vətənlərinə göndəriləcəyi bildirilir.

Devid və Mişelin ikiyaşlı oğlu var imiş.

Xəbər lenti
0