Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Göyçayda arxın dağılması kəndləri susuz qoydu

© Sputnik / Irade JELILQabaqlar Şəkərli kəndinin sakinləri xəstəliklər mənbəyi olan kanalın suyundan istifadə etməyə məcbur idilər.
Qabaqlar Şəkərli kəndinin sakinləri xəstəliklər mənbəyi olan kanalın suyundan istifadə etməyə məcbur idilər. - Sputnik Azərbaycan
Abunə olmaq
Kəndlərində yaşayan əhali əkin sahələrini suvarmaq üçün çətinliklə üzləşib

BAKI, 6 iyun — Sputnik. Göyçayda beton su arxı dağılıb, iki kənd susuz qalıb.

Nardaran kəndi - Sputnik Azərbaycan
CƏMİYYƏT
Adı Bakıdan olan kənd

Sputnik Azərbaycan APA-ya istinadla xəbər verir ki, rayonun Çərəkə kəndi ərazisindən keçən beton R-8 arxı dağıldığı üçün onun suyu hazırda Qazyan arxına tökülür.

Nəticədə Göyçayın Çərəkə və Ucarın Rəstəcə kəndlərində yaşayan əhali əkin sahələrini suvarmaq üçün çətinliklə üzləşiblər. Göyçay Suvarma Sistemləri İdarəsindən APA-nın yerli bürosuna verilən məlumata görə, mütəxəssislər dağılan arxa baxış keçirib. Sabah beton arxda təmir-bərpa işləri görüləcək və problem öz həllini tapacaq. Qeyd edilib ki, beton R-8 arxı Qazyan arxının bir qoludur. Göyçay və Ucarın 15-ə yaxın kəndini suvarma suyu ilə təmin edən bu iki arx bir neçə yerdə ayrılır və birləşir, hətta asma beton ötürücü vasitəsilə bir-birinin üzərindən keçir.

Hazırda digər kəndlər su ilə təmin olunur.

Xəbər lenti
0