BAKI, 5 iyun - Sputnik. "Təzəpir" məscidinin ərazisi genişləndiriləcək".
Sputnik Azərbaycan xəbər verir ki, bunu "Təzəpir" məscidindəki Ramazan bayramı namazından sonra jurnalistlərə açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə deyib.
Paşazadənin sözlərinə görə, "Təzəpir" məscidinin ərazisinin genişlənməsi ölkə prezidenti İlham Əliyevin fikridir: "Bu barədə bu yaxınlarda elan veriləcək. Hazırda məsələ ilə bağlıiş aparılır. "Təzəpir" məscidinin ətrafı daha da genişləndiriləcək. Çünki bu məscid bizim mənəvi simvolumuzdur".