Afrika kiçiləcək, yerində ada yaranacaq

CC0 / Greta Borgioli / KenyaKeniyanın okean sahili
Keniyanın okean sahili - Sputnik Azərbaycan
Abunə olmaq
Afrika bölünməkdə davam edir

BAKI, 5 iyun — Sputnik. Keniyanın cənub-qərb hissəsində son zamanlarda meydana gələn çat böyüməkdə davam edir. 

Panamaya məxsus gəmi vətənə qayıdır - Sputnik Azərbaycan
Rusiyanın 6 dənizçisi Afrika sahilində yoxa çıxıb
Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, artıq çat bir neçə kilometr genişlənərək Afrikanın magistral yollarından biri olan Nayrobi-Narokun dağılmasına səbəb olub.

Qeyd edək ki, 138 milyon il bundan əvvəl Afrika və Cənubi Amerika məhz belə bölünüb və Cənubi Atlantik Okeanı onların arasına daxil olub.

Alimlər iddia edir ki, 50 milyon ildən sonra Afrika çatı bənzər ayrılmaya səbəb olacaq və proses başa çatdıqdan sonra yeni su anbarı yaranacaq. Afrika kiçiləcək, Hind Okeanında müasir Efiopiyanın və Somalinin bir hissəsindən bir ada yaranacaq.

Ekspertlər hesab edirlər ki, bu cür seysmik fəaliyyət qitədə zəlzələlərlə müşayiət oluna bilər. Bunun qarşısını almaq isə mümkün deyil.

Xəbər lenti
0