Tramp britaniyalıların dəstəyindən məmnun qalıb

© REUTERS / CARLOS BARRIAПрезидент США Дональд Трамп жестом обращается к средствам массовой информации возле Овального кабинета, возвращаясь в Белый дом после посещения Арлингтонского национального кладбища в Вашингтоне, США
Президент США Дональд Трамп жестом обращается к средствам массовой информации возле Овального кабинета, возвращаясь в Белый дом после посещения Арлингтонского национального кладбища в Вашингтоне, США - Sputnik Azərbaycan
Abunə olmaq
Böyük Britaniyanın “ITV” telekanalına müsahibəsində Tramp bəyan edib ki, onun fikrincə Böyük Britaniya xalqı ilə yaxşı əlaqələri var.

BAKI, 5 iyun - Sputnik. Birləşmiş Ştatlar Prezidenti bəyan edib ki, KİV-lərin onun Böyük Britaniyaya səfirinə etiraz olaraq genişmiqyaslı aksiyaların keçiriləcəyinə dair məlumatlarına zidd olaraq o ölkədə tərəfdar “kütlələrini” görüb. Sputnik Azərbaycan xəbər verir ki, bu fikirləri ABŞ Prezidenti öz “Twitter” hesabında bildirib.

“Mən bütün bu vaxt ərzində eşirdim ki, Böyük Britaniyada mənə qarşı “genişmiqyaslı” aksiyalar keçiriləcək, lakin hər şey əksinə oldu. Satqın KİV-lərin göstərmək istəmədiyi insan kütlələri ABŞ-ı və məni dəstəkləmək üçün toplaşmışdılar”, - deyə Tramp yazıb. 

Böyük Britaniyanın “ITV” telekanalına müsahibəsində Tramp bəyan edib ki, onun fikrincə Böyük Britaniya xalqı ilə yaxşı əlaqələri var. O, bildirib ki, etirazlara baxmayaraq o Britaniya və onun sakinlərini sevir.

Qeyd edək ki, çərşənbə axşamı bir neçə min Londonun mərkəzində Trampın Böyük Britaniyaya rəsmi səfərinə etiraz olaraq aksiya keçirib.

Təşkilatçılar aksiyaya 250 mindən çox adam cəlb etmək niyyətində olduqlarını bildirsələr də iştirakçılar və ona nəzarət edən polislərin sözlərinə görə, “Müqavimət karnavalı” aksiyada “on minlərlə şəxs” iştirak edib.

Xəbər lenti
0