Sərxoş polislər uşağı vurub öldürdülər

© Sputnik / Stringer / Mediabanka keçidUkrayna polisinin avtomobili, arxiv şəkli
Ukrayna polisinin avtomobili, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Üç günlük mübarizədən sonra azyaşlını xilas etmək mümkün olmayıb

BAKI, 5 iyun - Sputnik. Ukraynanın paytaxtı Kiyevdə atışma zamanı yaralanan azyaşlı dünyasını dəyişib. Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, paytaxta sərxoş polislər tərəfindən atılan güllə təsadüfən Kirill Tilyavov adlı 5 yaşlı uşağa dəyib.

Başından yaralanan azyaşlı dərhal xəstəxanaya yatırılıb. Lakin 3 günlük mübarizədən sonra azyaşlını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, artıq qatillər saxlanılıb.

Xəbər lenti
0