Çay məhsullarında bağırsaq çöpü və kif tapıldı

CC0 / Guigui575 / Tea in a Turkish glassЧай в стакане армуду
Чай в стакане армуду - Sputnik Azərbaycan
Abunə olmaq
Yoxlamalar 11 ticarət markasına aid birdəfəlik çay məhsulunda bağırsaq çöpünü aşkar edib

BAKI, 5 iyun — Sputnik. Rusiyada satışda olan ən məşhur çaylar arasında aparılan yoxlamalar nəticəsində onların bəzilərində baxırsaq çöpü bakteriyaları, kif və pestisid qalıqları tapılıb. Sputnik AzərbaycanRİA Novosti”-yə istinadən xəbər verir ki, Rusiya Keyfiyyət Sistemi ("Roskaçestvo") ekspertləri tərəfindən aparılmış yoxlama 35 ticarət markasına aid olan 48 çay məhsulunu əhatə edib.

Spirtli içki içən adam. Arxiv şəkli - Sputnik Azərbaycan
SƏHİYYƏ
Spirtli içki şüuru öldürür

Məhsullar 178 keyfiyyət və təhlükəsizlik göstəricilərinə əsasən yoxlanılıb.

Yoxlamalar nəticəsində 11 ticarət markasına aid birdəfəlik çay məhsulunda bağırsaq çöpü bakteriyaları aşkar olunub. Bundan başqa iki ticarət markasına aid olan paketlənmiş çay məhsullarında kifin icazə verilən səviyyədən iki-dörd dəfə yüksək olduğu qeyd olunur.

Mütəxəssislər həmçinin 40 çay məhsulunda pestisid qalıqları aşkar ediblər. Lakin onlarda pestisidin səviyyəsi insan sağlamlığına təhlükəli həddi keçmir.

Qeyd olunur ki, yoxlanılmış çay məhsullarında boyaq maddələri, aromatizatorlar, qum və ya alaq otları aşkar olunmayıb.

Xəbər lenti
0