Bu il mayın 1-nə Azərbaycanın bank sektorunun aktivləri 29 769,1 milyon manat təşkil edib. Bu, aprelin 1-i ilə müqayisədə 0,3% az, ötən il mayın 1-nə nisbətən isə 7,7% çoxdur.
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Maliyyə və maliyyə institutları kafedrasının professoru Elnur Sadıqov Sputnik Azərbaycan-a deyir ki, bank sistemində kommersiya banklarının rolu əvəzsizdir:
“Bu gün bankların kapitallaşması bir nömrəli problem olaraq qalır. Banklarda aktivləin artması həm onların dayanıqlılığını, həm də Azərbaycan iqtisadiyyatına təsir imkanlarını göstərir. Sözsüz ki, bu gün bankların aktivləri yetərincədir. Ancaq o aktivlərdən doğru şəkildə istifadə olunması banklar üçün çox zəruridir”.
Qeyd edək ki, son 1 ildə bankların Azərbaycan Mərkəzi Bankı qarşısında öhdəliyi isə 45,75% azalaraq 248,2 milyon manata düşüb.
Professorun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz