CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanlı model Türkiyənin gündəmini qarışdırmış hadisə barədə danışdı

© Instagram / gunaymusayevaafИзвестная азербайджанская модель, проживающая в Турции, Гюнай Мусаева с возлюбленным Тахой Татлыча
Известная азербайджанская модель, проживающая в Турции, Гюнай Мусаева с возлюбленным Тахой Татлыча - Sputnik Azərbaycan
Abunə olmaq
Günay Musayeva bıçaqlanma olayı ilə bağlı danışdı

BAKI, 5 iyun - Sputnik. Bir neçə gün öncə Türkiyədə yaşayan azərbaycanlı model Günay Musayevanın sevgilisi Taha Tatlıcını bıçaqlaması ilə bağlı xəbər yayılmışdı. Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, Günay Musayeva oğlunun Taha Tatlıcı tərəfindən döyüldüyü üçün belə bir addım atdığını bildirmişdi.

Olayla bağlı danışan model özünü müdafiə üçün bıçağı əlinə aldığını və bu anda Taha Tatlıcının ona hücum etdiyini bildirib: “O, oğlumla mənim üzərimə hücum edirdi. Mən isə özümü qorumaq üçün bıçağı əlimə aldım. O üzərimə gəldikdə isə bıçaq ona batdı. Çox pərişanam, bundan artıq danışmaq istəmirəm”.

Qeyd edək ki, baş verən olayla əlaqədar modelin 2,5 illik həbsi tələb olunub.

Xəbər lenti
0