CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Oruc tutmayan, araq içəni də iftar süfrəsinə dəvət edirlər"- Azər Həsrət

© Sputnik / Irade JELILКруглый стол на тему "Роль Рамазана в общественной жизни Азербайджана"
Круглый стол на тему Роль Рамазана в общественной жизни Азербайджана - Sputnik Azərbaycan
Abunə olmaq
“Kimsə oruc tutmursa, onu qınamamalı, ateist dindara sən niyə oruc tutursan, yaxud da dindar deməli deyil ki, sən niyə ateistsən”

Nigar Məhərrəm, Sputnik Azərbaycan

BAKI, 4 iyun — Sputnik. “Qurani-Kərimdə də buyurulur ki, imkanı olan bir kimsə mal-mülkünü infaq etməlidir. Yəni, 5 dəfə özü yeyirsə, yediyindən bir dəfə də kasıba pay verməlidir. Bu isə o deməkdir ki, oruc olmaq yalnız ac qalmaq demək deyil. Təəssüflər olsun ki, bizdə oruc tutmağı adətən ac qalmaq və cinsi münasibətdən uzaq olmaq kimi başa düşürlər. Lakin oruc tutmaq iradəli olmaq deməkdir”.

© Sputnik / Irade JELILİlahiyyat İnstitutunun elmi əməkdaşı Hacı Adil Hüseynoğlu
Oruc tutmayan, araq içəni də iftar süfrəsinə dəvət edirlər- Azər Həsrət - Sputnik Azərbaycan
İlahiyyat İnstitutunun elmi əməkdaşı Hacı Adil Hüseynoğlu

Sputnik Azərbaycan-ın xəbərinə görə, bu sözləri İlahiyyat İnstitutunun elmi əməkdaşı Hacı Adil Hüseynoğlu bu gün Sputnik Beynəlxalq Multimedia Mətbuat Mərkəzində Ramazan bayramı ilə əlaqədar keçirilən dəyirmi masada deyib.

© Sputnik / Irade JELILƏməkdar jurnalist Azər Həsrət
Oruc tutmayan, araq içəni də iftar süfrəsinə dəvət edirlər- Azər Həsrət - Sputnik Azərbaycan
Əməkdar jurnalist Azər Həsrət

Əməkdar jurnalist Azər Həsrət isə məcburi dini ayinlərin qəbul edilməsi ilə bağlı danışıb. O, bəzi şəxslər oruc tutmadan iftar süfrələrinə dəvət olunmasını qınayıb: “Bəzi hallarda oruc tutmayan, araq içən, yaxud da zina edən şəxsləri də iftar süfrəsinə dəvət edirlər. Məncə həmin iftar süfrəsini təşkil edən şəxslər bu kimi məsələlərə diqqət etməlidir”.

“Biz dünyəvi ölkəyik, o səbəbdən də kimsə oruc tutmursa, onu qınamamalı, ateist dindara sən niyə oruc tutursan, yaxud da dindar deməli deyil ki, sən niyə ateistsən. Heç kimə basqı edilməməlidir”, - deyə A.Həsrət əlavə edib.

© Sputnik / Murad Orujov"Qadın Liderliyi Uğrunda" İctimai Birliyinin sədri Ülkər Abdullayeva
Oruc tutmayan, araq içəni də iftar süfrəsinə dəvət edirlər- Azər Həsrət - Sputnik Azərbaycan
"Qadın Liderliyi Uğrunda" İctimai Birliyinin sədri Ülkər Abdullayeva

"Qadın Liderliyi Uğrunda" İctimai Birliyinin sədri Ülkər Abdullayeva isə hər kəsi Allahın qoyduğu prinsipləri sevməyə səsləyib: “Oruc tutan şəxslər daha da iradəli olmalı, pis işlərdən uzaq olmalıdır. Lakin təəssüflər olsun ki, bəzən oruc tutan belə şəxslərin qeybət etdiyini görürük. Yaxud da ki, görürsən ki, özünü dindar adlandıran bir kəs hansısa ölkədə partlayış törədir”.

Azərbaycan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi Elvüsal Məmmədov Ramazan bayramı, orucluğun hikməti haqda danışıb.

Xəbər lenti
0