CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İstifadəyə yararlı və yararsız çimərliklər açıqlandı – SİYAHI

© Sputnik / Irade JELILÇimərlik
Çimərlik - Sputnik Azərbaycan
Abunə olmaq
“Reallıq budur ki, bəzi çimərliklərin suyunun təmizliyi qənaətbəxş deyil”

BAKI, 4 iyun — Sputnik. “Türkan, Hövsan, Şıx, Sahil və Sumqayıt çimərlikləri istifadəyə yararsızdır”. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin rəisi Ərəstun Həsənov bu gün keçirilən mətbuat konfransında deyib.

Model Banu Şucai - Sputnik Azərbaycan
CƏMİYYƏT
Azərbaycanlı model: “Çimərlik geyimi geyənlərə həsəd aparıram, mənə icazə vermirlər”

O, bildirib ki, çimərlik mövsümünün başlanması ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin əməkdaşları Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin nümayəndələri ilə birgə çimərlik sahələrində monitorinqlər keçirib, dəniz suyundan nümunələr götürülüb, mikrobioloji təhlillər aparılıb. Analizlərin nəticələrinə görə Xəzər rayonu Türkan, Suraxanı rayonu Hövsan, Səbail rayonu Şıx, Qaradağ rayonu Sahil qəsəbəsinin və Sumqayıtın çimərliklərində zərərli maddələrin miqdarı normadan artıqdır. Bu səbəbdən vətəndaşların qeyd olunan çimərliklərdən istifadə etmələri məqsədəuyğun deyil.

Onun sözlərinə görə, Bilgəh, Mərdəkan, Nardaran, Novxanı, Pirşağı, Zaqulba, Şüvəlan və Buzovna çimərlikləri isə analizlərin nəticələrinə görə çimərlik kimi istifadəyə yararlıdır. Hazırda Xəzər dənizinin Cənub və Şimal bölgələrində də monitorinqlər həyata keçirilir, su və dib çöküntüləri nümunələri üzərində təhlillər aparılır.

O, həmçinin əlavə edib ki, bəzi çimərliklərin suyunun təmizliyi qənaətbəxş deyil. Belə ki, bəzi çimərliklərdə çirklənmə o həddə çatıb ki, insanların orada çimməsi təhlükəli hesab olunur. Xəzər dənizinin çirkləndirilməsinin fəsadları və əhaliyə birbaşa təsirləri indi, çimərlik mövsümünün başlaması ilə daha qabarıq görünür.

“Xəzərin çirkləndirilməsinin qarşısının alınması üçün hüquqi və fiziki şəxslərə, obyekt sahiblərinə etdiyimiz çağırışların, xəbərdarlıqların məqsədi yəqin ki, indi daha da aydın görünür. Çağırış edəndə ki, tullantı sularını dənizə axıtmayın, təmizləyici qurğular quraşdırın, məqsədimiz bu idi ki, insanlarımız təmiz çimərliklərdə istirahət etsinlər. Təəssüf ki, bu gün nəticələr elə də ürəkaçan deyil. Amma reallıq budur ki, bəzi çimərliklərin suyunun təmizliyi qənaətbəxş deyil” – deyə o əlavə edib.

Ə. Həsənov bildirib ki, dənizi çirkləndirənlər bilməlidirlər ki, onların yaxınları da dənizdə istirahət edəcək və çimmək istəyəcək. Heç olmasa bundan sonra öz işlərində dönüş yaratsınlar, çirkab suları təmizləmədən dənizə axıtmasınlar.

Xəbər lenti
0