Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Deputat idxal vergisindən şikayət etdi: “40 faiz vergi tətbiq olunur”

© © AFPГрузовые контейнеры на порту в Китае, фото из архива
Грузовые контейнеры на порту в Китае, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Vahid Əhmədov: “İdxal vergiləri bizdə kifayət qədər yüksəkdir”

BAKI, 4 iyun-Sputnik. “Əlavə dəyər vergisinin tətbiqində differensiallaşmaya ehtiyac var. İdxal edilən məhsullara 38-40 faiz vergi tətbiq olunur. İdxal vergiləri bizdə kifayət qədər yüksəkdir. Bütün mallara eyni səviyyədə əlavə dəyər vergisinin tətbiq olunması düzgün deyil”.

Sputnik Azərbaycan xəbər verir ki, bunu millət vəkili Vahid Əhmədov “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, idxalın strukturu üzərində ciddi işləmək lazımdır: “Azərbaycana elə məhsullar idxal etmək lazımdır ki, ölkədə istehsal edilmir”.

Deputat bildirib ki, ölkədə iri sənaye müəssisələrinin yaradılması ilə bağlı işlər görülməlidir: “Ölkədə ən azı iki neft maşınqayırma müəssisəsinin yaradılmasına ehtiyac var. Bununla bağlı dövlət başçısına müraciət etmişəm”.

Xəbər lenti
0