BAKI, 4 iyun — Sputnik. "ASAN xidmət" bayram günlərində iş qrafikini açıqlayıb.
"ASAN xidmət"dən Sputnik Azərbaycan-a verilən məlumata görə, 5 və 6 iyun tarixlərində Ramazan bayramı ilə əlaqədar "ASAN xidmət" və "ASAN Kommunal" mərkəzlərində qeyri - iş günüdür. İyunun 7-dən etibarən isə vətəndaşlar mərkəzlərə müraciət etməklə müvafiq xidmətlərdən yararlana bilərlər.
Qeyd edək ki, hazırda ölkə üzrə 15 "ASAN xidmət" mərkəzi fəaliyyət göstərir. Onlardan 5-i paytaxtda olmaqla, digərləri Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ, Masallı, Quba, Mingəçevir, İmişli və Şəki regionları üzrə fəaliyyətdədir. Bakı şəhərində isə əhaliyə kommunal sahədə iki "ASAN Kommunal" mərkəzi xidmət göstərir.