BAKI, 4 iyun — Sputnik. "Birləşmiş Ştatların terror təşkilatlarına dəstək verməsi təəssüf hissi doğurur".
Sputnik Türkiyə xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ramazan ayının baş çatması ilə bağlı bayram namazından sonra jurnalistlərə açıqlamasında bildirib.
"Bu anda Suriya üzərində, İdlib üzərində, Menbiç üzərində, Fərat çayının şərq hissəsi ilə bağlı təhlükəsizlik koridorunun yaradılması məsələsində Türkiyə olaraq hər ölkə ilə görüşlərimiz qətiyyətlə davam edir. Bundan sonra da bu istiqamətdə çalışmalarımız davam edəcək" - deyə Ərdoğan vurğulayıb.