Apple şirkətindən köhnə telefonu olanlara bəd xəbər

© Sputnik / Konstantin Rodikov / Mediabanka keçidApple iPhone 5s
Apple iPhone 5s - Sputnik Azərbaycan
Abunə olmaq
“Bu siyahıda "iPhone 6" modelinin olub-olmadığı hələ ki bilinmir”

BAKI, 4 iyun — Sputnik. Köhnə model Apple smartfonlarının istifadəçiləri yeni iOS 13 əməliyyat sistemini öz cihazlarına yükləyə bilməyəcəklər. 

Apple iPhone X, arxiv şəkli - Sputnik Azərbaycan
"iPhone"la bağlı ilginc iddia
Sputnik Azərbaycan Apple şirkətinin saytına istinadən xəbər verir ki, yeniləmə "iPhone"nun SE və 6s modellərinə və "iPad"ın Air 2 və Mini 4 modellərindən sonra istehsal olunmuş cihazlara yüklənə bilər.

Bu o deməkdir ki, 5s və ondan əvvəl istehsal edilmiş modellər yeniləməni almayacaqlar. Bu siyahıda "iPhone 6" modelinin olub-olmadığı hələ ki bildirilmir.

Qeyd olunur ki, iOS 13 əməliyyat sistemində istifadəçi interfeysini qara rəngə çevirmək imkanı olacaq. Bundan başqa, proqramların və "Face ID" funksiyasının yüklənmə sürətinin artacağı və "Siri" ağıllı köməkçinin daha təbii səslə danışacağı gözlənilir.

Eyni zamanda, "Foto" proqramı pis çəkilmiş və oxşar şəkilləri gizlədəcək. Sistemə şəkillərin redaktəsi üçün rahat alətlər də daxil ediləcək.

Xəbər lenti
0