CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İsti, külək, yağış, dolu, duman, şimşək - Təbiət sabaha sürpriz hazırlayıb

© Sputnik / Murad OrujovВид на комплекс зданий Flame Towers в Баку
Вид на комплекс зданий Flame Towers в Баку - Sputnik Azərbaycan
Abunə olmaq
Havanın temperaturu gecə 17-22, gündüz 33-38, dağlarda gecə 15-20, gündüz 23-28 dərəcə isti təşkil edəcək

BAKI, 3 iyun — Sputnik. İyunun 4-də Bakıda və Abşeron yarımadasında iyunun 4-də hava günəşli olacaq, cənub-qərb küləyi əsəcək. Sputnik Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadla xəbər verir ki, havanın temperaturu gecə 20-24, gündüz 31-36, Bakıda gecə 22-24, gündüz 33-35 dərəcə isti təşkil edəcək.

Atmosfer təzyiqi 760 mm civə sütunu, nisbi rütubət gecə 65-75, gündüz 40-50 faiz olacaq.

Abşeron çimərliklərində gözləilən hava şəraitinə gəldikdə isə, şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) cənub-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu 19-20 dərəcə isti təşkil edəcək.

Cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) cənub-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu 21-22 dərəcə isti təşkil edəcək.

Sabah Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi dağlıq rayonlarda qısamüddətli yağış yağacağı gözlənilir. Şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 17-22, gündüz 33-38, dağlarda gecə 15-20, gündüz 23-28 dərəcə isti təşkil edəcək.

Xəbər lenti
0