"Bir aya Gürcüstana qayıdacağam" – Saakaşvili

© Sputnik / Stringer / Mediabanka keçidБывший губернатор Одесской области Украины и лидер политической партии "Рух нових сил" Михаил Саакашвили
Бывший губернатор Одесской области Украины и лидер политической партии Рух нових сил Михаил Саакашвили - Sputnik Azərbaycan
Abunə olmaq
Gürcüstanın keçmiş prezidenti geri dönməsi üçün növbəti vaxt təyin etdi

BAKI, 3 iyun — Sputnik. Gürcüstanın sabiq prezidenti, Ukraynanın Odessa vilayətinin sabiq qubernatoru Mixail Saakaşvili bəyan edib ki, bir və ya üç aydan sonra Gürcüstana getməyə hazırlaşır. Sputnik Azərbaycan "RİA Novosti"yə istinadla xəbər verir ki, bu barədə o Ukraynanın "1+1" telekanalına müsahibəsində bildirib.

"Ay və ya üç aydan sonra" - deyə Saakaşvili jurnalistin "Gürcüstana nə vaxt geri qayıtmağı düşünürsünüz" sualını cavablandırarkən bildirib.

Xatırladaq ki, Saakaşvili Ukraynanın keçmiş prezidenti Petro Poroşenkonun əmri ilə vətəndaşlıqdan məhrum edilmişdi. Ukraynanın yeni prezidenti Vladimir Zelenski mayın 28-i sərəncamı ilə Saakaşviliyə ölkə vətəndaşlığını geri qaytarıb. Siyasətçi növbəti gün Ukraynaya geri dönüb.

Xəbər lenti
0