Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Bakıda avtomobil dərəyə yuvarlandı – Ölənlər var

© Sputnik / Irade JELILTəcili tibbi yardım
Təcili tibbi yardım - Sputnik Azərbaycan
Abunə olmaq
Avtomobil yoldan çıxaraq üzüaşağı Xocahəsən gölü istiqamətinə yuvarlanıb

BAKI, 3 iyun — Sputnik. Bakıda ağır qəza baş verib. Sputnik Azərbaycan-ın məlumatına görə, hadisə Yasamal rayonu, Bakı Dairəvi - 1 avtomobil yolunda qeydə alınıb.

Ərazidəki təcili tibbi yardım və post patrul xidməti avtomobilləri - Sputnik Azərbaycan
HADİSƏ
Astarada ağır qəza: 4 nəfər yaralandı, 15 yaşlı qız öldü

Nəqliyyat vasitəsi yoldan çıxaraq üzüaşağı Xocahəsən gölü istiqamətinə yuvarlanıb. Səhiyyə Nazirliyindən verilən məlumata görə, qəzada iki nəfər dünyasını dəyişib.

Hadisə yerinə Təcili Tibbi Yardım briqadası cəlb olunub, xilasetmə işləri aparılır.

Hələlik dünyasını dəyişən şəxslərin kimliyi məlum deyil.

Baş vermiş hadisə ilə bağlı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova bildirib ki, qəzaya düşən nəqliyyat vasitəsi avtobus olmayıb: "Yasamal rayonunda baş vermiş hadisədə qəzaya düşən avtomobil şəxsi nəqliyyat vasitəsidir".

Xəbər lenti
0