Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Azərbaycanlı Beyons üçün ayaqqabı dizayn edib

© AFP 2024 / KEVIN WINTERMüğənni Beyonse
Müğənni Beyonse - Sputnik Azərbaycan
Abunə olmaq
Dünya şöhrətli müğənni əvvəl azərbaycanlı dizaynerin cızdığı idman kostyumunu bəyənib, bu dəfə isə ona ayaqqabı sifariş edib

BAKI, 3 iyun — Sputnik. Azərbaycanlı dizayner Rüfət İsmayıl dünya şöhrətli müğənni Beyonse üçün ayaqqabı dizayn edib. Bunu Sputnik Azərbaycan-a İsmayıl özü xəbər verib.

Müğənni ailəsi ilə birlikdə ənənəvi Wearable Art Gala-da peyda olub və burada qonaqlarla jurnalistlərin diqqətini özünə cəlb edib.

Buna qədər Beyonse Rüfət İsmayılın 2019-cu ilin yaz-yay kolleksiyasından olan idman kostyumunda ortaya çıxmışdı.

Посмотреть эту публикацию в Instagram

Публикация от By Rufat İsmayil (@afffair.fff)

Beyonse R&B stilində oxuyan amerikalı müğənni, aktrisa, rəqqasə və musiqi prodüseridir. Özünün bütün musiqi karyerası boyunca 52 nominasiyada qalib olub və 20 Grammy mükafatı qazanıb. İlk mükafatını 19 yaşında alıb. 2017-ci ildə Billboard's-un "2016-cı ilin ən çox qazanan musiqiçisi" reytinqində birinci yeri tutub. Nəşrin məlumatına görə, müğənninin illik gəliri 62,1 milyon dollar olub.

Rüfət İsmayıl "Affair" brendinin yaradıcısıdr. Onun nümayişləri Milan, Florensiya, Tehran və digər şəhərlərdə baş tutub. O, hazırladığı geyimlərə görə "Türkiyənin ən yaxşı dizayneri" adına layiq görülüb. İsmayılın kolleksiyası, həmçinin Məkkədə dünyanın ən məşhur moda sənayesi öncülü olan "Pitti Uomo"da nümayiş etdirilib. "Fashion TV" kanalı onu 2018-ci ildə Avropanın ən yaxşı dizayneri adlandırıb. Onun hazırladığı geyimləri Beyons, Cenifer Lopes, Avril Lavin və digər dünya ulduzları geyinirlər.

Rüfət İsmayıl bu yaxınlarda Azərbaycanı Nyu-Yorkda keçirilən moda həftəsində uğurla təmsil edib. O, hal-hazırda Azərbaycanın xalq artisti Aygün Kazımovanın da dizayneridir.

Xəbər lenti
0