CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ölkədə zorakılığa məruz qalan uşaqların sayı açıqlandı

CC0 / jarmoluk / childAğlayan uşaq
Ağlayan uşaq - Sputnik Azərbaycan
Abunə olmaq
Bir il ərzində Azərbaycan Uşaq Qaynar Xətt Xidmətinə 3581 müraciət daxil olub

 

Nigar Məhərrəm, Sputnik Azərbaycan

BAKI, 3 iyun — Sputnik. Azərbaycan Uşaq Qaynar Xətt Xidmətinə daxil olan müraciətlərin sayında artım var. Bu haqda Azərbaycan Uşaq Qaynar xətt Xidmətinin koordinatoru Gülşən Axundova Sputnik Azərbaycan-ın sorğusuna cavab olaraq məlumat verib: “Bu ilin ilk beş ayı ərzində qaynar xəttə 1603 müraciət daxil edilib. Bu müraciətlərdə ana, ata, nənə-baba, müəllimlərdən müxtəlif şikayətlər daxil olub. Həmin uşaqlar əsasən psixoloji və fiziki zorakılıqla bağlı şikayətlər digər zorakılıq növləri ilə müqayisədə üstünlük təşkil edib”.

“Statistik göstəricilər 18 yaşdan yuxarı və aşağı olmaqla ayırd edilir. 18 yaşdan aşağı olan şəxslər tərəfindən daxil olan müraciətlər cinsə görə ayırd edilmir. Bundan başqa qeyd edək ki, adətən yeniyetməlik yaş dövrünün uşaqları problemləri ilə bağlı birbaşa özləri müraciət edirlər” – deyə verilən məlumatda bildirilib.

G.Axundovanın sözlərinə görə, təkcə ötən il ərzində 3581 müraciət daxil olub. O bildirib ki, ümumiyyətlə ötən ilin cari dövrü ilə müqayisədə rəqəmlərdə artım qeydə alınıb. Bu müraciətlər sırasında isə boşanma proseslərindən sonra uşaqların valideynlərdən hansısa birinin himayəsinə verilməsi (uşaqların psixoloji və ya fiziki zorakılığa məruz qalması) və orta məktəblərdə uşaqların təhsil hüququnun pozulması ilə bağlı müraciətlər digərlərinə nisbətdə üstünlük təşkil edib”.

Xəbər lenti
0