Yerevan yenə qarışdı, iş adamları Paşinyandan narazıdır

© SputnikГраждане на проспекте Баграмяна, перед зданием Парламента Армении (2 октября 2018). Еревaн
Граждане на проспекте Баграмяна, перед зданием Парламента Армении (2 октября 2018). Еревaн - Sputnik Azərbaycan
Abunə olmaq
Parlament etirazlara baxmayaraq qanunu qəbul edib

BAKI, 3 iyun — Sputnik. Sement idxalçıları bazar ertəsi Ermənistan parlamentinin qarşısında etiraz aksiyası keçirib. Sputnik Ermənistan xəbər verir ki, biznesmenlər hökumətin irəli sürdüyü yerli sement zavodlarının qorunmasının nəzərdə tutan yeni qanun layihəsinə etiraz edirlər.

Məlumata əsasən, yeni qanunla xaricdən idxal olunan sementin hər tonu üçün 14 min dram və ya təxminən 30 dollar dəyərində vergi qoyulmasını nəzərdə tutur. Bu addım yerli bazarı İrandan ixrac olunan sementdən qorumaq üçün atılır.

Biznesmenlər isə gömrük vergisinin ləğv edilməsini və ya yenidən nəzərdən keçirilməsini istəyirlər.

Artıq Ermənistan Parlamenti ikinci və yekun oxunuşda qanun layihəsinə baxıb və qanun layihəsini qəbul edib.

Xəbər lenti
0