Vaşinqtondan Avropa İttifaqına sərt ultimatum: Rusiya ilə üz-üzə qala bilərsiz

© AFP 2024 / TOBIAS SCHWARZAvropa İttifaqının loqosu təsvir olunmuş çətir
Avropa İttifaqının loqosu təsvir olunmuş çətir - Sputnik Azərbaycan
Abunə olmaq
Avropa İttifaqı bunu etməsə "Rusiya təhdidi" ilə üzbəüz qalacaq

BAKI, 3 iyun — Sputnik. Rəsmi Vaşinqton bəyan edib ki, Avropa İttifaqı Birləşmiş Ştatların hərbi dəstəyindən məhrum ola bilər. Bu barədə Sputnik Azərbaycan İspaniyanın "El Pais" nəşrinə istinadən xəbər verir ki, bunu Ağ Evdə Avropa ittifaqı ilə əlaqələrə məsul olan şəxs Maykl Merfi bildirib.

Nəşrin məlumatına görə, Merfi Avropa İttifaqı ölkələrindən ABŞ-ın onların hərbi sifarişlərinə çıxış verməsini tələb edib.

"El Pais" yazır ki, ultimatum mayın 22-i Vaşinqtonda Maykl Merfi və Aİ nümayəndələri arasında baş tutan görüş zamanı səsləndirilib.

Ağ Ev rəsmisi vurğulayıb ki, Avropa İttifaqı bunu etməsə "Rusiya təhdidi" ilə üzbəüz qalacaq.

Merfi eyni zamanda vurğulayıb ki, rəsmi Brüssel "seçim etməlidir".

Xəbər lenti
0