Türk ordusu xaricdə əməliyyat keçirdi, "F-16"-lar qonşu ölkəni vurdu

© AFP 2024 / OZAN KOSETürkiyə Silahlı Qüvvələrinə məxsus F-16
Türkiyə Silahlı Qüvvələrinə məxsus F-16  - Sputnik Azərbaycan
Abunə olmaq
Türkiyə HHQ qonşu ölkəni bombardman edib

BAKI, 3 iyun — Sputnik. Türkiyə Silahlı Qüvvələri ölkədən kənarda anti-terror əməliyyatı keçirib. Sputnik Azərbaycan "Anadolu" agentliyinə istinadən xəbər verir ki, anti-terror əməliyyatı İraqın şimalında keçirilib.

Türkiyə Hərbi Hava Qüvvələrinin İraqın "Zap" bölgəsində həyata keçirdiyi əməliyyat nəticəsində ən azı 5 terrorçu zərərsizləşdirildi.

Türkiyə Müdafiə Nazirliyinin yaydığı digər bir açıqlamada İraqın şimalında həyata keçirilən "Pəncə Hərəkatı" əməliyyatı zamanı isə daha bir terrorçu zərərsizləşdirildi. Bununla da hərəkatın başlanmasından sonra zərərsizləşdirilən terrorçuların sayı 28-ə çatıb.

Xəbər lenti
0