Rusiya Trampa cavab verdi: Bu, insan həyatına səthi yanaşmadır

© REUTERS / JONATHAN ERNSTDonald Tramp, arxiv şəkli
Donald Tramp, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Duma rəsmisi qeyd edib ki, bir qayda olaraq nəhəng və ciddi dövlətlərin başçıları bu cür bəyanatlardan qaçır

BAKI, 3 iyun — Sputnik. Rusiya Dövlət Duması ABŞ Prezidenti Donald Trampın Rusiya, Suriya və İranın İdlib əyalətinə zərbələr endirdiyinə dair "Twitter" sosial şəbəkəsində yazdığı ittihamları şərh edib.

Активист развевает иранский флаг возле Белого дома 24 июня 2005 года в Вашингтоне, фото из врхива - Sputnik Azərbaycan
İrandan cavab gecikmədi: ABŞ sözdə deyil, əməldə dəyişiklik etməlidir

Sputnik Azərbaycan-ın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, Rusiya Dövlət Dumasının Müdafiə Komitəsinin birinci sədr müavini Aleksandr Şerin deyib ki, heç bir sənəd-sübut olmadan bu ittihamların səslənməsi ABŞ-ın beynəlxalq gündəmdə olan məsələlərə səthi yanaşdığını göstərir.

Tramp "Twitter"də yerləşdirdiyi qeydlərindən birində bildirib ki, "deyilənə görə" Rusiya, Suriya və İran Suriyanın İdlib vilayətinə zərbələr endirir və onlardan zərbələri dayandırmağı tələb edib. O, həmçinin Suriyaya hava zərbələri endirəcəyinə dair təhdidi haqqında da xatırladıb.

"Beynəlxalq təcrübə göstərir ki, bu cür nəhəng və ciddi dövlətlərin başçıları bir qayda olaraq bu kimi bəyanatlardan qaçır. Bu beynəlxalq gündəmdə olan məsələlərə, beynəlxalq münasibətlərdə olan məsələlərə və insanların həyatlarına səthi yanaşmadır və faciəvi nəticələrə gətirib çıxarır" - deyə Şerin bildirib.

Xəbər lenti
0