Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Professor ticarət müharibəsi barədə: aqressiv davranışların vacib səbəbləri var

© Sputnik / Murad OrujovDövlət İqtisadiyyat Universitetinin professoru Elşad Məmmədov
Dövlət İqtisadiyyat Universitetinin professoru Elşad Məmmədov - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmmədov deyir ki, Çin iqtisadi artım tempinə və texnoloji məhsulların istehsalına görə ABŞ-ı xeyli dərəcədə üstələməkdədir
Elşad Məmmədov: “ABŞ iqtisadiyyatı rəqabətdə Çinə açıq-aşkar uduzur”

Çin ABŞ-ın təklif etdiyi hər hansı qeyri-bərabər ticarət sazişini imzalamayacaq. Bunu Çin Xalq Respublikasının Xarici işlər naziri Vanq Yi deyib.

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmmədov Sputnik Azərbaycan-a deyir ki, ABŞ-ın xarici siyasətdə və iqtisadi münasibətlərdə aqressiv davranışlarının vacib səbəbləri var:

“Hazırkı zamanda ABŞ iqtisadiyyatı rəqabətdə Çinə açıq-aşkar uduzur. Çin iqtisadi artım tempinə və texnoloji məhsulların istehsalına görə ilk yerdə qərarlaşır və ABŞ-ı xeyli dərəcədə üstələməkdədir. ABŞ administrasiyasının bu siyasəti rəqabət üstünlüklərinin qorunmasına və inkişaf etdirilməsinə yönəlib”.

Qeyd edək ki, ABŞ-ın maliyyə naziri Stiven Mnuçin ABŞ hökumətinin Çinlə yeni ticarət danışıqları aparmağa hazır olduğunu bildirib.

Professorun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0