Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Azərbaycanlı gimnast Moskvada qızları muzeyin çardağına topladı

© Instagram / samira__mustafaevaАзербайджанская спортсменка Самира Мустафаева
Азербайджанская спортсменка Самира Мустафаева - Sputnik Azərbaycan
Abunə olmaq
Rusiyalı qızlar azərbaycanlı idmançı Samirə Mustafayevanın "Hər şey elastikdir" layihəsində iştirak ediblər

BAKI, 3 iyun — Sputnik. Rusiyalı qızlar azərbaycanlı idmançı Samirə Mustafayevanın "Hər şey elastikdir" ( "Все растяжимо") layihəsində iştirak ediblər. Layihə Moskvadakı "Qaraj" Müasir İncəsənət Muzeyinin çardağında keçirilib.

Посмотреть эту публикацию в Instagram

Публикация от Samira Mustafaeva (@samira__mustafaeva)

Sputnik Azərbaycan-ın məlumatına görə, Mustafayeva layihə çərçivəsində çəkilmiş foto və videoları Instagram səhifəsində paylaşıb. Bu dəfə idmançı eksperiment aparıb. Əvvəllər məşqləri parklarda keçsə də, bu dəfə qızları muzeyin çardağına - açıq səma altına toplamaq qərarına gəlib.

"Bu gecəyə görə sağ olun. Xoşbəxtəm" - Mustafayeva sosial şəbəkə hesabından yazıb.

Посмотреть эту публикацию в Instagram

Публикация от Samira Mustafaeva (@samira__mustafaeva)

Xatırladaq ki, azərbaycanlı gimnast Samirə Mustafayeva komanda birinciliyində dəfələrlə dünya çempionatının mükafatçısı olub. O, Sankt-Peterburqun mütləq çempionu, Rusiyanın idman ustası, FIG versiyası üzrə dünya səviyyəli gimnastdır. Əvvəllər Azərbaycan, sonra isə Rusiya yığmasının heyətinə daxil olub. 2013-cü ildə öz karyerasını başa vurub və hazırda Moskvada yaşayır. O, gimnastika üzrə müəllimlik edir, qızlara məşqlər keçir.

Xəbər lenti
0