Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Ekspert Ramazan bayramında gözlənilən turist axınından danışdı

© Sputnik / Murad OrujovDövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın və "Həyat" Humanitar Dəstək İctimai Birliyinin sədri Azər Allahverənov
Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın və Həyat Humanitar Dəstək İctimai Birliyinin sədri Azər Allahverənov  - Sputnik Azərbaycan
Abunə olmaq
Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın sədri və turizm üzrə ekspert Azər Allahverənov deyir ki, bayram ərzində ölkəmizə gələn turistlərin sayında artım olacaq
Azər Allahverənov: “Bölgələrin inkişafı turistlər üçün cəlbediciliyi artırır”

“Ramazan bayramında ölkəmizə gələn turistlərin sayında artım olur”. Bunu Sputnik Azərbaycan-a açıqlamasında Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın sədri və turizm üzrə ekspert Azər Allahverənov deyib.

Onun sözlərinə görə, Ramazan bayramında turistlər daha çox müsəlman, xüsusən də ərəb ölkələrindən gəlir: “Bu bayramı bizim ölkəmizin dini ictimaiyyəti tərəfindən böyük təmtəraqla qeyd olunur. Hesab edirəm ki, bu il də bayram ərzində ölkəmizə gələn turistlərin sayında artım olacaq. Son illərin təcrübəsi göstərir ki, Ramazan bayramında gələn turistlər daha çox ölkəmizin regionlarına səfər edirlər. Bölgələrin turizm infrastrukturunun inkişafı turistlər üçün cəlbediciliyi artırır”.

Qeyd edək ki, Nazirlər Kabinetinin qərarına əsasən, iyunun 5, 6-sı Azərbaycanda Ramazan bayramı qeyd ediləcək və iki gün tətil olacaq.

Ekspertin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

 

Xəbər lenti
0