BAKI, 2 iyun – Sputnik. 2019-cu il 3 iyun tarixindən Bakı-Sabunçu-Bakı marşrutu üzrə elektrik qatarı fəaliyyətini bərpa edəcək. Bu barədə Azərbaycan Dəmir Yolları QSC-dən verilən məlumatda qeyd edilir.
Qatarın yeni qrafiki ilə ADY-nin rəsmi saytında tanış olmaq olar.
Bakı-Sabunçu-Bakı marşrutu üzrə hərəkət edən elektrik qatarlarında gediş plastik kartla və bilet kassalarında, köşklərdə əldə edilən kağız biletlərlə həyata keçiriləcək.
Plastik kartlar Bakı-sərnişin stansiyasında, Keşlə, Köroğlu, Bakıxanov dayanacaqlarında və Sabunçu stansiyasında bilet kassalarında əldə oluna bilər.
Bakı-Sumqayıt-Bakı elektrik qatarlarında istifadə edilən plastik kartlar bu istiqamətdə də keçərlidir.
Xatırladaq ki, elektrik qatarının hərəkəti bir neçə gün öncə təmir səbəbindən dayandırılmışdı.