Statistika Azərbaycanda yeni doğulanlar arasında gender disbalansının olduğunu göstərir. Yeni anadan olanların 53,5%-ni oğlanlar, 46,5%-ni isə qızlar təşkil edir.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində əmindirlər ki, bu problemi təbii proseslər sırasına aid etmək olmaz. Çünki bəzi qadınlar bətnindəki uşağın cinsini müəyyən etdikdən sonra təzyiq altında hamiləliyi dayandırırlar. Ətraflı məlumat üçün Sputnik Azərbaycan-ın infoqrafikasına baxın.