BAKI, 1 iyun — Sputnik. Bir neçə gündür ki, Azərbaycanın Aran rayonlarında arpa biçininə başlanılıb. Bu il biçin zaman ölkədə texnika təchizatı ilə bağlı heç problem olmayacaq.
ONA-nın məlumatına görə, bunu Azərbaycanın kənd təsərrüfatı naziri İnam Kərimov Azərbaycan Dövlət Aqrar universitetində keçirilən məzun yarmarkasında jurnalistlərə açıqlamasında bildirib.
Nazir qeyd edib ki, Kənd Təsərrüfatı Nazirliyi, həmçinin yerli strukturlar və yerli İcra Hakimiyyətinin nümayəndələri tərəfindən səyyar qruplar yaradılıb: "Burada əsas məsələ səmərəli dislokasiya sisteminin qurulmasıdır ki, əgər bir rayonda texnika çatışmazlığı varsa, o birisi rayondan olan texnika həmin rayonda ərazisində biçin apara bilsin. Yəni texnika var və düzgündə idarə etmə sistemində qurulub. Bu il yüksək məhsuldarlıq əldə olunacaq".