Amerika ilə mübarizədə Çinə gözlənilməz müsəlman dəstəyi

© REUTERS / Charles PlatiauЛоготип Huawei на собрании высокотехнологичных лидеров Viva Tech, в Париже, Франция
Логотип Huawei на собрании высокотехнологичных лидеров Viva Tech, в Париже, Франция - Sputnik Azərbaycan
Abunə olmaq
Baş nazir: "Malayziya "Huawei"nin texnologiyasından mümkün olduqca faydalanmaya çalışacaq"

BAKI, 1 iyun — Sputnik. Malayziyanın baş naziri Mahathir Məhəmməd Çin ilə Qərb ölkələri arasında böyüyən "Huawei" böhranından danışıb.

Sputnik Azərbaycan "Haberturk"a istinadla xəbər verir ki, "Huawei"nin yol açtığı təhlükəsizlik narahatlıqlarını anlayışla qarşıladığını bildirən Mahathir bu durumun Malayziyaya mənfi təsir etməyəcəyini söyləyib.

"Bir sıra casusluk fəaliyyəti ola bilər. Amma Malayziyada casusluk edəcək nə var? Biz çox şəffafıq"-deyə o bildirib.

"Huawei"nin texnoloji araşdırmalarının xeyli irəlidə olduğunu deyən baş nazir Çin şirkətinin texnologiyasından mümkün olduqca faydalanmaya çalışacaqlarını diqqətə çatdırıb.

Malayziyanın baş naziri deyib: "ABŞ və Qərb ölkələri Asiya millətlərinin rəqabətədavamlı məhsullar istehsal etdiyini qəbul etməli və rəqiblərini təhdid etməməlidir. "Huawei"nin ABŞ-ın texnologiyasını qabaqlayacaq irəliləyiş əldə etdiyini görürəm. ABŞ Çin ilə bu sahədə rəqabət aparmalıdır. Bəzən Çin, bəzən də ABŞ qazanır".

Xəbər lenti
0