MDB ölkə başçıları payızda Aşqabadda toplaşacaq

© Sputnik / Aleksey Kudenko / Mediabanka keçidAşqabad şəhərindən bir görüntü. Arxiv şəkli
Aşqabad şəhərindən bir görüntü. Arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
"İclasda MDB-nin daha da güclənməsinə yardım edəcək bir sıra vacib qərarların qəbul ediləcəyi planlaşdırılır"

BAKI, 31 may — Sputnik. Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının növbəti iclası oktyabrın 11-də Türkmənistan paytaxtı Aşqabadda keçiriləcək. Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə MDB İcraiyyə Komitəsinin sədri - MDB-nin icraçı katibi Sergey Lebedev Aşqabadda MDB Hökumət Başçıları Şurasının iclasının yekununda keçirilən mətbuat konfransında bildirib.

"İndi MDB ölkələri üçün bu əhəmiyyətli görüş üçün hazırlıqlar aparılır. MDB ölkələrinin prezidentləri oktyabrın 11-də Aşqabadda toplaşacaq. İclasda MDB-nin daha da güclənməsinə yardım edəcək bir sıra vacib qərarların qəbul ediləcəyi planlaşdırılır", - deyə Lebedev bildirib.l

Xəbər lenti
0