"Gürcüstanda yaşayan azərbaycanlılar gürcü dilini öyrənməlidirlər" – Zurabişvili

© Sputnik / Stringer Aleksandr Imedashvili / Mediabanka keçidПрезидент Грузии, лидер партии «Грузинская мечта» Саломе Зурабишвили
Президент Грузии, лидер партии «Грузинская мечта» Саломе Зурабишвили - Sputnik Azərbaycan
Abunə olmaq
Gürcüstan tolerant ölkədir və burada milli azlıqların ənənələri, mədəniyyətləri və dilləri qorunur

BAKI, 31 may — Sputnik. Gürcüstan prezidenti Salome Zurabişvili bəyan edib ki, Gürcüstan ərazisində yaşayan azərbaycanlılar gürcü dilini öyrənməlidir. Bu barədə Sputnik Azərbaycan xarici KİV-ə istinadən xəbər verir.

"Gürcüstanın tamhüquqlu vətəndaşları olmaları üçün burada yaşayan azərbaycanlılar ölkənin dövlət dilini bilməlidir" – deyə Zurabişvili Tbilisidə keçirilən konfransda çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, gürcü dili milli azlıqlar doğma dil və inteqrasiya üçün əsas element olmalıdır: "Gürcüstan tolerant ölkədir və burada milli azlıqların ənənələri, mədəniyyətləri və dilləri qorunur. Milli azlıqların nümayəndəli yalnız kompakt yaşadıqları regionun deyil, bütünlükdə Gürcüstanın tamhüquqlu vətəndaşları olmalıdır".

Xəbər lenti
0