SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

“Azərbaycan Dağlı Qarabağ münaqişəsinin həllində Polşaya arxalana bilər"

© Official website of President of Azerbaijan RepublicAzərbaycan və Polşa prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
Azərbaycan və Polşa prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - Sputnik Azərbaycan
Abunə olmaq
"Biz bu problemin sülh yolu ilə həll olunmasında Sizə yardım edəcəyik”

BAKI, 31 may — Sputnik. "Bu gün, cənab Prezident, Siz ərazi bütövlüyü məsələsinə toxundunuz və Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı mövqeyinizi bildirdiniz. Bilirik ki, bu məsələ uzun illərdir həll olunmamış qalır. Hazırda biz BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvüyük. Biz bəyan etmək istəyirik ki, Azərbaycan bu münaqişənin beynəlxalq hüququn normaları əsasında həllində hər zaman bizim dəstəyimizə arxalana bilər".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Polşa Prezidenti Andjey Duda mayın 31-də Bakıda sənədlərin imzalanması mərasimindən sonra Azərbaycan Prezidenti İlham Əliyev ilə birgə mətbuata bəyanatla çıxış edərkən deyib. 

© Official website of President of Azerbaijan RepublicAzərbaycan və Polşa prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
“Azərbaycan Dağlı Qarabağ münaqişəsinin həllində Polşaya arxalana bilər - Sputnik Azərbaycan
Azərbaycan və Polşa prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər

"Biz bu problemin sülh yolu ilə həll olunmasında Sizə yardım edəcəyik. İstəyirik, arzumuzu bildirək ki, bu, belə də olsun. Biz istərdik ki, Minsk qrupu çərçivəsində aparılan danışıqlar bundan sonra da davam etsin və müsbət nəticələr gətirsin. Beləliklə, bu uzunmüddətli münaqişə öz həllini tapa bilər", - dövlət başçısı vurğulayıb. 

A.Duda həmçinin Azərbaycanla Avropa İttifaqı arasında imzalanacaq yeni sazişə də toxunub: "Biz istərdik ki, Avropa İttifaqı ilə Azərbaycan arasında çərçivə sazişinə dair aparılan danışıqlar da tezliklə başa çatdırılsın. Bu, həm Azərbaycan vətəndaşları, həm də Avropa İttifaqı vətəndaşları üçün imkanlar yaradacaq. İstərdik ki, Azərbaycan, həmçinin Dünya Ticarət Təşkilatına üzvlük baxımından da nəticələr əldə etsin. Əslində bu da bizim ikitərəfli iqtisadi münasibətlərimizə müsbət təsir göstərəcək".

"Hesab edirəm ki, sərmayə qoyuluşu baxımından bizim aramızda heç bir fikir ayrılığı yoxdur. Biz qarşılıqlı sərmayə qoyuluşu ilə bağlı fəal işləməliyik və ölkəmizdə gözəl sərmayə iqlimi var. Ümid edirəm ki, Polşa şirkətləri bu imkanlara diqqətlə baxacaqlar. Eyni zamanda, Azərbaycan şirkətlərinə də tövsiyə edirəm Polşadakı imkanlara baxsınlar ki, bizim aramızda olan iqtisadi və ticarət əlaqələri daha da genişlənsin. Keçən il Polşada Azərbaycanın ticarət evi açılmışdır. Bu, kiçik də olsa, önəmli addımdır. Hesab edirəm ki, bundan sonra bu istiqamətdə daha böyük addımlar atılacaq".

Bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakıda Polşa Prezidenti Andjey Duda ilə birgə mətbuata bəyanatla çıxış edərkən deyib.

© Official website of President of Azerbaijan RepublicAzərbaycan və Polşa prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
“Azərbaycan Dağlı Qarabağ münaqişəsinin həllində Polşaya arxalana bilər - Sputnik Azərbaycan
Azərbaycan və Polşa prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər

"Bu gün, eyni zamanda, nəqliyyat sahəsində əməkdaşlıq haqqında fikir mübadiləsi aparıldı. Qeyd olundu ki, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri ölkələrimiz üçün böyük önəm daşıyır. Azərbaycan bu sahədə öz işlərini görür. Mövcud nəqliyyat və logistika imkanları yeni bir vəziyyət yaradır. Yəni, Azərbaycan nəqliyyat mərkəzlərinin birinə çevrilir və əlbəttə, ərazimizdən keçən yüklərin həcmi də əminəm ki, artacaq.

Energetika sahəsində əməkdaşlıq haqqında geniş fikir mübadiləsi aparılmışdır. Bu sahədə də böyük potensial, qarşılıqlı maraq var. Müvafiq qurumlar, bizim şirkətlərimiz bu məsələ ilə bağlı indi işləyirlər və danışıqları davam etdirirlər.

Biz bu gün, eyni zamanda, digər sahələrdəki əməkdaşlıq haqqında fikir mübadiləsi apardıq. Kənd təsərrüfatı, turizm və digər sahələrdə yaxşı imkanlar var. Həm əldə edilmiş nailiyyətlər, həm də yeni imkanlar mövcuddur və biz bu imkanlardan istifadə etməliyik" - deyə prezident əlavə edib.

İlham Əliyev Dağlıq Qarabağ probleminə də toxunub: “Cənab Prezidentlə təkbətək görüşümdə mən, eyni zamanda, regional vəziyyətlə bağlı öz fikrimi bildirdim. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycanın mövqeyini ifadə etdim. Bu münaqişə beynəlxalq hüququn norma və prinsipləri əsasında öz həllini tapmalıdır, işğalçı qüvvələr işğal edilmiş torpaqlardan çıxmalıdır və ölkəmizin ərazi bütövlüyü bərpa edilməlidir. Bunu həm tarixi ədalət tələb edir, həm də beynəlxalq hüquq tələb edir”.

© Official website of President of Azerbaijan RepublicAzərbaycan və Polşa prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
“Azərbaycan Dağlı Qarabağ münaqişəsinin həllində Polşaya arxalana bilər - Sputnik Azərbaycan
Azərbaycan və Polşa prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər

"Mən Sizin ölkənizə öz rəsmi səfərimi xatırlayıram. İki il bundan əvvəl biz Sizinlə Polşada görüşmüşdük və o görüş zamanı ikitərəfli əlaqələrimizin gələcək inkişafı haqqında fikir mübadiləsi aparmışdıq. Hesab edirəm ki, iki il ərzində biz böyük yol keçmişik və müxtəlif sahələr üzrə uğurlu əməkdaşlıq formatı yaradılıb. Xüsusilə Polşa və Azərbaycan arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannaməni qeyd etmək istərdim. Bu, çox önəmli sənəddir və bizim əlaqələrimizin mahiyyətini əks etdirir. Biz doğrudan da strateji tərəfdaşıq. Siyasi əlaqələrimiz yüksək səviyyədədir. Yüksək səviyyəli qarşılıqlı səfərlər bunu əyani şəkildə təsdiqləyir. Bu gün müzakirə olunan mövzularla bağlı bizdə fikir ayrılığı yoxdur. Biz istəyirik ki, ikitərəfli əlaqələrimiz bütün sahələrdə inkişaf etsin", - dövlət başçısı vurğulayıb.

"Hesab edirəm ki, biz iqtisadi sahədə daha da fəal işləməliyik. Çünki ticarət dövriyyəsi hələ ki, o qədər də böyük deyil, halbuki potensial var. Bu gün biz bu barədə də danışdıq və müəyyən etdik ki, növbəti mərhələdə biznes qurumlarının müntəzəm olaraq bir araya gəlməsi nəticəsində ticarət dövriyyəsi artmalıdır. Bu gün keçiriləcək biznes forum əlbəttə ki, buna nail olmaq üçün çox önəmli bir vasitədir. Bilirəm ki, forumun işinə həm Polşadan, həm Azərbaycandan çox böyük maraq var. Hesab edirəm ki, Polşa və Azərbaycan biznes dairələri bir-biri ilə sıx əlaqə quraraq, həm özləri, həm də ölkələrimiz üçün fayda gətirə bilərlər", - Azərbaycan Prezidenti əlavə edib.

Xəbər lenti
0