Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

“Təhsilə yönəldilən xərclər tikintiyə ayrılan xərclərin 50 faizini təşkil etmir”

© Sputnik / Murad OrujovПорой подросткам дают такие темы, с которыми даже не сталкиваются студенты вузов
Порой подросткам дают такие темы, с которыми даже не сталкиваются студенты вузов - Sputnik Azərbaycan
Abunə olmaq
Qüdrət Həsənquliyev: “Təhsilə, səhiyyəyə, elm və sosial təminata yönəldilən xərclər tikintiyə ayrılan xərclərin 50 faizini belə təşkil etmir”

BAKI, 31 may - Sputnik. “Təhsilə, səhiyyəyə, elm və sosial təminata yönəldilən xərclər tikintiyə ayrılan xərclərin 50 faizini belə təşkil etmir. Belə büdcəni necə sosial büdcə adlandırmaq olar?”

Sputnik Azərbaycan xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında "Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin icrası haqqında" qanunun layihəsinin müzakirəsi zamanı deputat Qüdrət Həsənquliyev deyib.

Deputat bildirib ki, ötən il büdcədən tikintiyə 8 milyard 100 milyon manat, təhsilə 2 milyard manat, səhiyyəyə 700 milyon manat civarında, sosial təminata 1 milyard 300 milyon manat xərclənib.

Milli Məclis sədrinin müavini Bahar Muradova isə həssas qruplar üçün binalar inşa edildiyini, yollar çəkildiyini, yaşıllıqlar salındığını deyib: “Yalnız tikintiyə ayrılan vəsaiti nəzərdə tutaraq, büdcənin sosial büdcə olmadığını demək düzgün deyil. Tikinti sahəsində də insanlar çalışır, əmək haqqı alırlar”.

Xəbər lenti
0