BAKI, 31 may - Sputnik. Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin sədri Oqtay Əsədov POS-terminalların işləməməsindən şikayətlənib.
Sputnik Azərbaycan xəbər verir ki, O.Əsədov Vergilər naziri Mikayıl Cabbarova müraciət edərək POS-terminalların fəaliyyəti haqqında bir qərar fikirləşməyin lazım olduğunu deyib.
“Hər cür şərait qurulub. Belə olan halda, POS-terminallar niyə işləməli deyil? Deputatların 30-40 faizi şikayət edir ki, nə edək, POS-terminallar işləmir? Əməkhaqqını kartla alırıq, gərək hər dəfə kartdan pul çıxaraq? Xahiş edirəm ki, bu məsələni diqqətdə saxlayın” - deyə Milli Məclisin sədri bildirib.