Milli Məclisin yaz sessiyası başa çatıb

© Sputnik / Murad OrujovРабочее место депутата парламента Азербайджана
Рабочее место депутата парламента Азербайджана - Sputnik Azərbaycan
Abunə olmaq
Spiker Oqtay Əsədov parlamentin növbədənkənar sessiyası barədə deputatlara məlumat veriləcəyini bildirib

BAKI, 31 may - Sputnik. Milli Məclisin yaz sessiyasının sonuncu plenar iclası başa çatıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, iclasda "Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb və qəbul edilib.

Azərbyacan Respublikasının Dövlət Himninin oxunması ilə yaz sessiyası başa çatıb.

Spiker Oqtay Əsədov parlamentin növbədənkənar sessiyası barədə deputatlara məlumat veriləcəyini bildirib.

Qeyd edək ki, Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, yaz sessiyası fevralın 1-də başlanır və mayın 31-dək davam edir.

Parlamentin növbədənkənar sessiyasının keçirilməsi nəzərdə tutulur.

Xəbər lenti
0