Azərbaycanda ipoteka kreditlərinə yüksək tələbat olduğuna görə banklar Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu (ARİKZF) tərəfindən müəyyən edilən limitlərinin artırılmasında maraqlıdır. Bunu “VTB-Azerbaijan” bankının İdarə Heyətinin sədri Yevgeni Kirin mətbuat konfransında bildirib.
İqtisadçı-ekspert Fuad İbrahimov Sputnik Azərbaycan-a deyir ki, il ərzində ipoteka kreditləri üçün müəyyən bir kvota ayrılır: “Bəzən bölgü zamanı bəzi banklara az pay düşdükdə narazılıq yaranır. Bankların hansısa fəaliyyət növündə iştirakı ilə bağlı reytinq mövcuddur. Xüsusəndə, banklar belə sosial layihələrdə aktiv iştirakçı olmaq istəyirlər. Çünki bununla bankın cəlbediciliyi və reytinq göstəricilərinin qorunması təmin edilmiş olur”.
Ekspertin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz