CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda çəkiləcək serial həkimlərimizi tərifləyəcək

© © Film Academy of Azerbaijan / 2019"Sayrışan İşıqlar" filminin çəkilişi
Sayrışan İşıqlar filminin çəkilişi - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycanda tibbə aid serial çəkilir və o, ilk dəfə olaraq ancaq Youtube sosial şəbəkəsində yayımlanacaq

BAKI, 31 may — Sputnik. Azərbaycanda tibbə aid serial çəkilir və o, ilk dəfə olaraq ancaq Youtube sosial şəbəkəsində yayımlanacaq.

Bunu Sputnik Azərbaycan-a müsahibəsində həmin "Sayrışan İşıqlar" filminin rejissoru Zaur Tahirsoy deyib. O, Azərbaycan kinematoqrafiyasında xaricdə olduğu kimi televiziya üçün deyil, Youtube üçün çəkilən film və serialların əsasını qoymaq istəyir. Tahirsoy bir çox teleserialların, müxtəlif ailə problemlərinə həsr olunmuş qısametrajlı filmlərin rejissorudur.

© © Film Academy of Azerbaijan / 2019"Sayrışan İşıqlar" filminin çəkilişi
Azərbaycanda çəkiləcək serial həkimlərimizi tərifləyəcək - Sputnik Azərbaycan
"Sayrışan İşıqlar" filminin çəkilişi

"Mən təkcə rejissor deyiləm, həm də sosial psixoloqam. Ona görə də, daim tədqiqat aparıram ki, öyrənim görüm bizim cəmiyyətdə nə çatışmır və ona hansı mövzu maraqlıdır. Bir çox ölkələrdə, hətta Türkiyədə yalnız Youtube üçün nəzərdə tutulmuş filmlər çəkilir. Bizdə bu praktika hələlik inkişaf etməyib. Düşünürəm ki, bu da Azərbaycan kinematoqrafiyasının inkişafında öz rolunu oynayacaq" - Tahirsoy deyib.

Rejissor öz serialında bir çox insanın ən ağrılı yeri olan problemə - pasientlərlə həkimlər arasındakı münasibətlərə toxunmaq qərarına gəlib. Tahirsoyun sözlərinə görə, xaricdə tibb sahəsinə həsr olunmuş çox sayda filmlər çəkilib. Çünki bu mövzu hər zaman aktualdır. Hazırda azərbaycanlıların əksəriyyəti həkimlərə münasibətdə aqressiv əhval-ruhiyyədədirlər. O, bu filmi ilə göstərmək istəyir ki, Azərbaycanda öz işinin peşəkarı olan çoxlu həkimlər var.

© Facebook / Zaur Tahirsoy"Sayrışan İşıqlar" filminin rejissoru Zaur Tahirsoy
Azərbaycanda çəkiləcək serial həkimlərimizi tərifləyəcək - Sputnik Azərbaycan
"Sayrışan İşıqlar" filminin rejissoru Zaur Tahirsoy

Onun layihəsini bir çox özəl klinikalar, eləcə də Azərbaycan Tibb Assosiasiyası dəstəkləyib. Hazırda çəkiliş komandası çəkilişlər üçün ən yaxşı tibb müəssisəsini və ekspert qismində çıxış edəcək, aktyorlara tibbin incəliklərini başa salacaq həkimləri axtarır. Həkimlər həmçinin onlara serialın peşəkar səviyyədə alınması üçün ssenari yazmaqda da kömək edəcək.

"Serialda fəaliyyətə yeni başlayan, həmçinin hazırda Azərbaycan Kino Akademiyasında işləyən və təhsil alan aktyorlar oynayacaq. Mən istəyirəm ki, həmin artistlər bu film vasitəsilə tanınsınlar. Biz tamaşaçıları yeni simalarla - aktyorlarla tanış etmək istəyirik. Onlar indi yeni başlayan aktyorlardır, gələcəkdə isə əminəm ki, məşhur olacaqlar." - deyə Tahirsoy əlavə edib.

Rejissor ümid edir ki, bu aktyorlarla özünün növbəti layihələrində də işləyəcək. Tahirsoy o faktı da inkar etməyib ki, ola bilsin, gələcəkdə sözügedən layihəyə Azərbaycanın məşhur aktyorları da qoşulsun.

Hazırda serialın tilzerləri hazırdır, amma hələ çəkilişlərə başlamayıblar. Birinci seriyanın iyunun sonlarında hazır olması planlaşdırılır. Serial Youtube üçün nəzərdə tutulduğundan onun xronometrajı da cəmi 25 dəqiqədir.

"Düşünürəm ki, bu, Azərbaycan üçün uğurlu layihə olar. O, uğur gətirə və Azərbaycan kinematoqrafiyasına yeni nəfəs verə bilər. Biz serialı yayın sonunadək çəkməyi planlaşdırırıq. Əgər reytinqi yaxşı olsa, çəkilişləri davam etdirəcəyik" - Tahirsoy deyib.

Gələcəkdə rejissor Youtube üçün detektiv və psixoloji triller janrında da seriallar çəkmək niyyətindədir. Onun fikrinsə, sosial şəbəkə istifadəçiləri arasında kinonun məhz bu istiqaməti populyardır.

Xəbər lenti
0