CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycan Ordusunun hərbi qulluqçusu torpağa tapşırıldı

© Sputnik / Shahperi AbbasovaAzərbaycan Ordusunun şəhid olan hərbi qulluqçusu mayor Aqil Akif oğlu Omarov torpağa tapşırılıb
Azərbaycan Ordusunun şəhid olan hərbi qulluqçusu mayor Aqil Akif oğlu Omarov torpağa tapşırılıb - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycan Respublikasının Dövlət Bayrağı şəhidin atasına təqdim edilib

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 31 may - Sputnik. Azərbaycan Ordusunun şəhid olan hərbi qulluqçusu mayor Aqil Akif oğlu Omarov torpağa tapşırılıb. Şəhidin nəşi əvvəlcə rayon mərkəzində böyük izdihamla qarşılanaraq onun doğulub boya-başa çatdığı Lələpaşa kəndindəki evinə gətirilib. Daha sonra Lələpaşa kənd qəbirstanlığında dəfn olunub.

Dəfn mərasimində Qax Rayon İcra Hakimiyyətinin, Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmiləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, şəhidin ailə üzvləri, yaxınları, qulluq etdiyi hərbi hissənin əsgər və zabitləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

© Sputnik / Shahperi AbbasovaAzərbaycan Ordusunun şəhid olan hərbi qulluqçusu mayor Aqil Akif oğlu Omarov torpağa tapşırılıb
Azərbaycan Ordusunun hərbi qulluqçusu torpağa tapşırıldı - Sputnik Azərbaycan
Azərbaycan Ordusunun şəhid olan hərbi qulluqçusu mayor Aqil Akif oğlu Omarov torpağa tapşırılıb

Azərbaycan Respublikasının Dövlət Bayrağı şəhidin atasına təqdim edilib, havaya yaylım atəşi açılıb.

Qeyd edək ki, şəhid ailəli olub, Uğur və Sübhan adlı övladları var.

Xatırladaq ki, ötən gün ermənilər cəbhə xəttində atəşkəs rejimini kobud surətdə pozmaqla növbəti dəfə təxribat törədib. ATƏT-in Minsk qrupunun həmsədrlərinin respublikamızda səfərdə olduğu bir vaxtda, mayın 30-da səhər saatlarında cəbhənin Ağdam rayonu istiqamətində düşmən tərəfindən açılan snayper atəşindən Azərbaycan Ordusunun hərbi qulluqçusu Omarov Aqil Akif oğlu şəhid olub.

Xəbər lenti
0